“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, inzibati reqlamentin 3.4.2-ci yarımbəndində “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında” sözləri ilə əvəzlənib.
Sözügedən dəyişiklik “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Prezidentin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanının 5.3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilib.
CAHANGİR