"Report" İran KİV-ə istinadən xəbər verir ki, bunu İnqilab Keşikçiləri Qvardiyasının baş komandanı səlahiyyətlərini icra edən general-mayor Hüseyn Səlami ölkə telekanallarından birinə müsahibəsində bildirib.
O, İraq kimi Suriyanın da ölkəsi üçün mühüm və strateji ölkə olduğunu vurğulayıb: "Suriya və İraqda baş verən hadisələr İran üçün eyni mahiyyətlidir".
Qeyd edə ki, İran ordusunun Suriyadakı döyüşlərdə 21 generalı və başqa yüksək rütbəli hərbçisi həlak olduğu haqda məlumatlar yayılıb.