“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu müsabiqədə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Sumqayıt Apellyasiya Məhkəməsi, Bakı şəhər Nəsimi Rayon Məhkəməsi ilə yanaşı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) də iştirak edir.
RYTN müsabiqəyə 5 vakant vəzifə çıxarıb. Müsabiqəyə nazirliyin Elektron Təhlükəsizlik Mərkəzində baş mühasib, mərkəzin Əməliyyat sektorunda məsləhətçi, aparıcı məsləhətçi, Analiz və məsləhət sektorunda baş məsləhətçi, sektor müdiri vakant vəzifələri təqdim edilib.
CAHANGİR