Bakı, 29 oktyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi” film festivalı böyük uğurla həyata keçirilir.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ailədə sülh və dözümlülük mədəniyyətinin təbliği məqsədlərinə xidmət edən sayca VII olan “Azərbaycan ailəsi” film festivalına 24 dekabr 2014–cü ildən start verilib. Festivala 8 ay ərzində 39 film və 94 fotoşəkil təqdim edilib.
Noyabrın 6-da festivalın bağlanış mərasimi keçiriləcək. Festivalın qalibləri ictimaiyyətin tanınmış nümayəndələri tərəfindən mükafatlandırılması nəzərdə tutulub.