Bakı, 29 oktyabr, AZƏRTAC
“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “İlk dəfə səs verəcək gənclərin seçkilərə hazırlanması” layihəsi uğurla başa çatıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi ölkəmizdə keçiriləcək parlament seçkilərində ilk dəfə səs verəcək gənclərin fəallığının və onların bu prosesə marağının artırılmasıdır.
Layihə çərçivəsində bir neçə şəhər və rayonda bu qəbildən olan gənclər arasında müvafiq sorğular aparılıb və nəticələr müzakirə olunub. Gənclərdə fəal vətəndaşlıq mövqeyinin gücləndirilməsi üçün tədbirlərdə seçkilərin əhəmiyyəti, seçkilərdə iştirak formaları ilə bağlı fikir mübadiləsi aparılıb, seçki qanunvericiliyinin müddəaları onlara izah olunub.
Sonda gənclərə müxtəlif maarifləndirici təbliğat vasitələri paylanılıb.
Bölgələrdə ilk dəfə səs verəcək gənclər arasında maarifləndirmə işi aparılıb