"Maliyyə problemi tək bizdə yox, dünyanın əksər ölkələrində və klublarında mövcuddu". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov deyib.
"Avropanın aparıcı klubları da bu halla üzləşiblər. Problem tək bizdə olsaydı, analiz edərdik. Klubumuzun sponsorlarından biri “Palsüd” şirkətidi. Onlar bizə aylıq reklam pulu ödəyirlər. Bu gün həmin şirkətə də pul ödəyəcək şirkətlər var, amma ödəniş eləmirlər. Ən azı stadionumuzu banka girov qoyub kredit götürməmişik, bazada qalmaq üçün kiməsə pul ödəmirik, məşq meydançasını icarəyə götürmürük. Bunların hamısı kluba məxsusdu. Bu gün “Xəzər Lənkəran”ın uşaq komandaları öz avtobuslarında gəzir, meydançasında məşq edir, bazasında qalır. Sadəcə, bir qədər səbirli olmaq lazımdı. Bunu üzərimizdə hiss edirik. Klub rəhbərliyi əlindən gələni edir ki, öhdəliklərə vaxtında riayət etsin".
Fanat.az