Bakı, 30 oktyabr, AZƏRTAC
Azərbaycanın mini futbol üzrə yığmasının 2016-cı il Dünya çempionatına əsas seçim mərhələsində oyunların təqvimi müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan komandası ikinci qrupda Xorvatiya, Belarus və İsveçin milli komandaları ilə birlikdə çıxış edəcək. Bütün matçlar Xorvatiyanın Osiek şəhərində dekabrın 10-dan 13-dək keçiriləcək.
Əsas seçim mərhələsi iştirakçılarının tam siyahısı belədir:
I qrup: Ukrayna, Macarıstan, Belçika, İngiltərə.
II qrup: Xorvatiya, Azərbaycan, Belarus, İsveç.
III qrup: Rusiya, Serbiya, Türkiyə, Finlandiya.
IV qrup: İspaniya, Niderland, Bosniya və Herseqovina, Latviya.
V qrup: Çexiya, Sloveniya, Qazaxıstan, Fransa.
VI qrup: Portuqaliya, Rumıniya, Polşa, Norveç.
VII qrup: İtaliya, Slovakiya, Keçmiş Yuqoslaviya Respublikası Makedoniya, Moldova
Əsas mərhələnin yekunlarına görə hər kvartetin iki ən yaxşı komandası həlledici matça (birinci yerlər ikinci yerlərə qarşı oynayacaq, cütlüklər püşkatma əsasında 2016-cı il fevralın 12-də müəyyən ediləcək) vəsiqə qazanacaq. Oyunlar gələn il martın 22-də və aprelin 12-də olacaq və final mərhələnin yeddi iştirakçısını müəyyən edəcək.
Mini futbol üzrə Dünya çempionatı 2016-cı ildə Kolumbiyada sentyabrın 14-dən oktyabrın 2-dək keçiriləcək.