Tovuz, 1 noyabr, AZƏRTAC
Tovuzun coğrafi mövqeyi ilk növbədə rayonda avtomobil nəqliyyatı sektorunun aparıcı olmasına və inkişafına zəmin yaradır.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, rayon üzrə cari ilin yanvar-sentyabr aylarında nəqliyyat müəssisələri tərəfindən 5276,2 manatlıq xidmətlər göstərilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çoxdur. Göstərilən xidmətlərin 94,6 faizi fiziki şəxslər, 5,4 faizi nəqliyyat müəssisələri tərəfindən yerinə yetirilib.
Bundan əlavə, rayonun nəqliyyat sektorunda fəaliyyət göstərən fərdi sahibkarlar və müəssisələr tərəfindən 436 min ton yük daşınıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz çoxdur. Sərnişin xidməti göstərənlər tərəfindən 6492 nəfərə xidmət göstərilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz çoxdur.