Müğənni Röya Ayxanın Türkiyənin ən baxılan şoularından hesab olunan "Beyaz Show" verilişinin qonağı olması ona olan marağı artırıb.
Milli.Az bildirir ki, publika.az xəbər verir ki, Türkiyə mətbuatı Röya Ayxanın bioqrafiyası haqda xəbərlər dərc edib. Xəbərdə Röyanı Aygün Kazımovanın bek-vokalçısı kimi qələmə veriblər.
Xəbərdə bir yanlışlığa da yol veriblər. Ağdamda dünyaya gələn Röyanın Bakıda doğulduğu qeyd edilib.
Qeyd edək ki, Röya Ayxan, Natavan Həbibi və Elnarə Xəlilova Aygün Kazımovanın bek-vokalçıları olublar.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.



