ANS PRESS-in məlumatına görə həlak olanların ruhu Rusiya səfirliyi qarşısında anılıb.
Konsul şöbəsinin qarşısında güllər, daha çox al qərənfillər, şamlar, yumşaq oyuncaqlar düzülüb. Bəzi insanlar anım yerinə “Piter biz səninləyik”, “Həlak olanların ailəsinə baş sağlığı veririk” və “7K9268” (qəzaya uğrayan təyyarənin reysi – red.) yazıları olan vərəqlər gətiriblər.
Sinay yarımdası üzərində baş verən qəzada həyatını itirən 25 uşağın xatirəsini ananlar isə bura oyuncaqlar gətiriblər.
Səfirlik qarşısındakı bayraq yarıyacan endirilib.
Qəzada ölənlərin ruhunu anmaq üçün insanlar təkcə Azərbaycanda deyil digər ölkələrdədə Rusiya səfirliyi qarşısına gəlirlər.
Rusiya ilə münasibətləri günü-gündən gəlizləşən Kiyevdə şəhər sakinləri səfirlik qarşısına güllər və şamlar düzürlər. Eyni mənzərə ilə Riqa, Bişkek, Berlin və bir sıra digər iri şəhərlərdə rastlaşmaq mümkündür.

Rusiyanın Kiyevdə yerləşən səfirliyinin qarşısı

Bişkek, Qırğızıstan.
Şarm-əş-Şeyx - Sankt-Peterburq reysi ilə uçuş həyata keçirən "Koqalımaviya" aviaşirkətinə məxsus Airbus-321 hava layneri ötən gün səhər saatlarında Misir ərazisində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onlar hamısı həlak olub.
Baş verən hadisə ilə bağlı bu gün Rusiyada matəm elan olunub.