Azərbaycan, Bakı, 2 noyabr /Trend müxbir Elçin Mehdiyev/

Milli Məclisə seçkilər keçirildi və baş tutdu. Seçicilər bütün məntəqələrə vaxtında gəldi və axşam saat 19:00-da seçici fəallığı 55.7 faiz təşkil etdi. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

M.Pənahov qeyd edib ki, bu, ötən parlament seçkisindən təxminən 6 faizə qədər çoxdur: “Məntəqələr vaxtına açıldı və bağlandı. Veb-kameralar kəsilmədən sona kimi fəaliyyət göstərdi. Heç bir şikayət daxil olmadı. Müraciətlər əsasən məlumat xarakterli idi”.

Onun sözlərinə görə, səsvermə günü MSK-nın "qaynar xətti"nə 150-ə qədər müraciət daxil olub ki, bunlarda texniki məsələlərlə bağlı olub.

Hazırda M.Pənahov siyahını açıqlayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az