Azərbaycan əsilli deputat Sinan Oğan MHP-yə geri qayıtdı.

ANS PRESS-in məlumatına görə, ötən gün Türkiyədə keçirilən parlament seçkisindən sonra millət vəkillərinin yarısını itirən Milliyətçi Xalq Partiyasında önəmli hadisə baş verib.

Partiyanın Nizam İntizam Komitəsinin avqust ayında partiyadan çıxardığı keçmiş deputat Sinan Oğan məhkəmə qərarı ilə geri qayıdıb. Bu barədə qərarı Oğan öz Twitter səhifəsində elan edib. "Ədalət yerini tutdu, partiyama geri döndüm", deyə o qeyd edib. Diplomat deyib ki, məhkəmə onun haqqında olan qərarı ləğv edib.

Azərbaycan əsilli diplomat yenidən böyük siyasi arenada (FOTO)
S.Oğanın sosial şəbəkədəki səhifəsi

Sinan Oğanın MHP-yə məhkəmə qərarı ilə geri dönməsindən sonra siyasi arenada başqa mövzü gündəmə gəlib - "MHP-də liderlik mübarizəsi başlaya bilərmi?". 1 noyabr seçkisindəki deputat sayının yarıya enməsindən sonra partiya lideri Dövlət Bahçelinin istefa xəbəri yayılmışdı. Ancaq o, özü bu xəbəri təkzib edib.

Azərbaycan əsilli diplomat yenidən böyük siyasi arenada (FOTO)
Sinan Oğan

MHP S.Oğanı partiyadan asılı olmayan fəaliyyətdə ittiham edərək uzaqlaşdırılmışdı. Onun adı iyun ayının 7-də keçirilən seçkidən öncə MHP baş katibi postunda hallandırılıb. Bu şayiələrin yayılmasından sonra o zaman Iğdırdan millət vəkili olan Oğan öncə MHP-nin deputatlığa namizədlər siyahısından çıxarılıb, sonra isə partiyadan uzaqlaşdırılıb. Oğan bu qərardan məhkəməyə şikayət edib.