Ayaz Quliyevlə Ramil Şeydaev Bakıya gəlir

Ayaz Quliyevlə Ramil Şeydaev Bakıya gəlir
10:17 3 Noyabr 2015
23 İdman
Ölkə mətbuatı
A- A+

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Rusiya yığmasının heyəti açıqlanıb. Fanat.az хəbər verir ki, baş məşqçi Dmitri Xomuxa heyətə 23 futbolçu dəvət edib.


Onlardan ikisi milliyyətcə azərbaycanlıdı. Belə ki, Xomuxa "Spartak"dan yarımmüdafiəçi Ayaz Quliyevlə "Rubin"dən hücumçu Ramil Şeydaevi milliyyə dəvət edib. 


Qeyd edək ki, Rusiya noyabrın 12-də Farer adaları, 5 gün sonra Azərbaycan yığması ilə qarşılaşacaq. Millimizlə oyun “Bayıl Arena”da baş tutacaq.


Qapıçılar: Anton Mitryoşkin (Spartak), İqor Obuxov (Zenit), Aleksandr Selixov (Amkar). 

Müdafiəçilər: Yevgeni Kirisov (Domodedovo), Mixail Merkulov (Baykal), Nikita Çernov (ÇSKA), Vasili Çerov (Krasnodar), Denis Yakuba (Kuban), Vitali Lıstsov (Benfika, Portuqaliya), Camalədin Xocaniyzov (Orxus, Danimarka), Vyaçeslav Karavayev (Yablonets, Çexiya).

Yarımmüdafiəçilər: Dmitri Barinov, Sergey Makarov, Aleksey Mirançuk (hamısı "Lokomotiv"), Ayaz Quliyev, Konstantin Saviçev (hər ikisi "Spartak"), Aleksandr Qolovin (ÇSKA), Vladislav Levin, Aleksandr Taşayev (hər ikisi "Dinamo"), Mixail Zemskov (Şinnik), Aleksey Qasilin (Şalke, Almaniya).

Hücumçular: Ramil Şeydaev (Rubin), Andrey Panyukov (Ayaçço, Fransa).


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ayaz-quliyevl-ramil-eydaev-bakya-glir-t45194.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR