Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, həmin Məcəllənin “Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi” maddəsində (88-1) dəyişiklik edilib. Torpaq sahəsinin təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat, vəzifəli şəxslər altı yüz manat, hüquqi şəxslər isə üç min manat miqdarında cərimə olunur.
Nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat, vəzifəli şəxslər min manat, hüquqi şəxslər beş min manat miqdarında cərimələnir.