Cenevrə şəhərində keçirilən Ümumdünya Radiorabitə Konfransı çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı tədbirin komitə rəhbərlərindən biri seçilib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnfrastrukturun inkişafı şöbəsinin baş məsləhətçisi Qulam Abdullayev səlahiyyətlərin yoxlanılması üzrə komitənin vitse-sədri seçilib.


Xatırladaq ki, konfransın 32 bənddən ibarət gündəliyi üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 7 təklif hazırlanıb.


Aynur Vəliyeva