"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin qəza ilə bağlı yaydığı açıqlamada bildirilib.
"Rusiyanın Uqandadakı (bu səfirlik həm də Cənubi Sudanda akkreditə olunub ) səfirliyi bildirib ki, qəzaya uğrayan təyyarə Tacikistanda qeydiyyatdan keçib. Təyyarənin heyəti 6 nəfərdən ibarət olub. Onlardan biri Rusiya, 5 isə Ermənistan vətəndaşıdır", - XİN-dən bildirilib.
Rusiyanın Uqandadakı səfirliyinin konsulluq bölməsinin başçısı Cənubi Sudana - hadisə yerinə gedib.
Qeyd edək ki, yerli KİV-in məlumatına əsasən, noyabrın 4-də Cənubi Sudanda Rusiya istehsalı olan "An-24" yük təyyarəsinin Cuba hava limanında qəzaya uğraması nəticəsində təxminən 50 nəfər həyatını itirib.