Təcrübəli çalışdırıcı Fransa klubu ilə görüşdə futbolçularının məsuliyyət dərk etdiyini bildirib: "Düşünmürəm ki, sistemdə dəyişiklik olsun. Ola bilər ki, oyunun gedişatından hansısa dəyişiklik olsun. Reynaldonun yerində kimi oynadacağımıza sabah qərar verəcəyik. Psioxoloji çətinlik hər zaman olur. “Monako” qalib gəlsə, minumum qrupda ikinci yeri tutacaq. Futbolçularımız özləri də bu görüşün məsuliyyətini dərk edir. Belə oyunlarda psioxoliji gərginlik varsa, deməli, futbolçular nəsə düşünür. Buna şad olmalıyıq. Sabahkı oyunda elə də böyük dəyişiklik görünmür. Çalışacam ki, daha yaxşı formada olanlara şans verim. Kiçik dəyişiklik də ola bilər".
Q.Qurbanov qarşılaşma günü azarkeşlərin onalarla birlikdə olacağını deyib: "Vüqar Mustafayevin "Monako" ilə görüşdə meydana çıxmasına gəlincə, buna sabah qərar verəcəyik. Ümid edirəm ki, azarkeşlərin sayı sabaha qədər artacaq. Qarşılaşma günü də onlar bizlərlə olacaq. Ola bilər hansısa çatışmazlıqlar var, biz bilmirik. Ancaq düşünmürəm ki, onların oyuna marağı azdır. Sabah daha sürətli oyun gözləyirik. Baxmayaq ki, bizim üçün çətin qarşılaşmadı və buna görə də futbolçularımız daha diqqətli olacaq. Jurnalistin fikiriləri ilə razıyam. İstənilən komandaya qarşı oynaya bilərik. Sabah uğurlu nəticə əldə etmək istəyirik. Hər bir rəqibin gücünü tanıyırıq. Əlimizdən gələn ən yaxşısını edəcəyik".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Monako" oyunu saat 20:00-da başlayacaq.