İstanbul, 4 noyabr, AZƏRTAC
Oktyabrın 18-dən bəri İstanbulda tərkibində zəhərli maddə olan spirtli içkilərdən ölənlərin sayı 26 nəfərə çatıb.
Anadolu Agentliyinin məlumatına görə, xəstəxanalara müraciət edən zəhərlənənlərin ümumi sayı 91 nəfərdir. Bildirilir ki, hazırda onların 9-u reanimasiyada, 6-sı isə palatalarda müalicə olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul