Ekspertlərin fikrincə, bu rəqəmlər yerli bank sənayesi üçün həyəcan siqnalıdır. Çünki elektron ticarət sahəsinin “Alibaba” kimi iri şirkətləri maliyyə sahəsində eksperimentləri dayandırmağı planlaşdırmayaraq tədricən ənənəvi bankçılığın təsir dairələrini ələ keçirir.
Hesabata görə, sərmayədarlar Asiya-Sakit okean regionunun maliyyə texnologiyalarına daha çox ödənişlərə (40 faiz) və kreditləşməyə (25 faiz) investisiya yatırıblar.
İnvestorlar arasında daha populyar Çinin “Alibaba” və onun “Ant” törəmə şirkətinin maliyyələşdirilməsi olub. Həmçinin Hindistanın “Paytm” ödəniş əlavəsinə, bir neçə alternativ maliyyə və investisiya servislərinin hazırlanması ilə məşğul olan "Ping An Insurance Group venture Lufax” platformasına investisiyalar yatırılıb, - “Payspacemagazine” yazır.