Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Maksim Tsurkov/

Cənub Qaz Dəhlizi üzrə Azərbaycanın ilk qazı Türkiyəyə 2018-ci ilin iyununda çatacaq. Trend-in məlumatına görə, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol Bakıda keçirilən Xəzər Texniki Konfransında deyib.

Onun sözlərinə görə, TANAP-ın tikintisi üzrə işlər tam sürətlə gedir: "TANAP layihəsinin əsaslı xərcləri 9,5 milyard dollar təşkil edir. Cənub Qaz Dəhlizi üzrə Azərbaycanın ilk qazı Türkiyəyə 2018-ci ilin iyununda, həmin dəhliz üzrə isə Avropaya 2020-ci ilin əvvəlində çatacaq".

.

Xəbər yenilənir

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az