Birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib.
Qeyd edək ki, "ANS Yayım və Media Şirkəti" MTRŞ-nı məhkəməyə verib. 1 saylı İnzibati-İqtisadi Məhkəməyə müraciət edən televiziya kanalı qərarın ləğv edilməsi ilə bağlı tələb irəli sürüb. Məhkəmə qərarı təmin etməyib. Qərarla razılaşmayan ANS appelyasiya şikayəti verib.
Xatırladaq ki, MTRŞ bir müddət əvvəl "ANS" televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramında vətəndaşların Azərbaycan Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və layəqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunverciliyin tələblərinin pozulduğunu nəzərə alaraq, "ANS" televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramının yayımının 6 oktyabr 2015-ci il tarixdən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.