Bakı, 6 noyabr, AZƏRTAC
Noyabrın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində Tbilisi Dövlət Rəssamlıq Akademiyasının rektoru, professor Georgi Ququşvilinin fərdi sərgisi açılacaq. Bu sərgiyə Gürcüstan Milli Muzeyinin direktoru, Milli Elmlər Akademiyasının müxbir üzvi, professor David Lordkipanidze və “Mədəniyyətlərarası dialoq XXI əsr” Assosiasiyasının prezidenti, Gürcüstan Dövlət Universitetinin professoru Valeri Asatiani də iştirak edəcəklər.
Qonaqlar səfər çərçivəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professor-müəllim heyəti ilə görüşəcək, tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış olacaqlar.
Rəssamlıq Akademiyasından AZƏRTAC-a bildirilib ki, görüşdə qonaqlara bu ali təhsil ocağının elmi şurasının qərarı ilə fəxri doktor adları təqdim ediləcək.