Dünən gecə İordaniyada uğursuz "canlı bomba" Səcidə əl Rişavini edam ediblər. İŞİD bir qədər əvvəl onu İordaniya Hərbi-Hava Qüvvələrinin pilotu Muəz Yusuf əl Qəsasbiyə dəyişməyi təklif edirdi.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, bu gün səhər İordaniya həbsxanalarından birində İŞİD-in məşhur komandirlərindən biri Ziyad əl Qərbuli də edam olunub.
"Əbu Hədifə" kimi tanınan əl Qərbuli "İraqdakı Əl Qaida" terror qruplaşmasının rəhbəri Əbu Müsəb əz Zərqavinin ən yaxın köməkçilərindən biri idi. 2006-cı ilin mayında həbs olunmuş əl Qərbuli İordaniya vətəndaşlarının qətli və teraktların hazırlanmasında suçlanaraq 2007-ci ilin martında edam cəzasına məhkum olunmuşdu.
İordaniyalı pilot diri-diri yandırılandan sonra İordaniyanın hakimiyyət dairələri bunun qisasını Səcidə əl Rəşavinin edamı ilə alacağını bildirmişdilər.
Rəsmi Əmman İŞİD-lə anlaşmağa və pilotu "canlı bomba" ilə dəyişməyə hazırdı.
Səcidə əl Rəşavi 2005-ci ildə Əmmanda törədilmiş terror partlayışlarında suçlanırdı. İŞİD yanvarın sonunda əl Rəşavini 2014-cü ilin sonlarında girov götürülmüş Yaponiya vətəndaşı Kendzi Qoto ilə dəyişməyi təklif edəndən sonra rəsmi Əmman terrorçularla danışmağa başlamışdı.
İŞİD yapon girovu yanvarın 31-də edam edib. Bir qədər əvvəl isə daha bir yapon girov - Haruna Yukava edam olunmuşdu.
Muəz Yusuf əl Qəsasbi 2014-cü ilin dekabrında əsir alınmışdı. Onun qırıcı-bombardmançı təyyarəsi Suriyada vurulmuşdu.
ABŞ-da rəsmi səfərdə olan İordaniya kralı 2-ci Abdulla pilotun edam videosu və fotoları internetdə yayılandan az sonra səfərini yarımçıq qoyaraq Əmmana qayıdıb.
Barak Obama: "İŞİD şərdir, məhv olunacaq"
Bundan əvvəl o, Vaşinqtonda ABŞ prezidenti Barak Obama ilə görüşüb.
Bağlı qapılar arxasında keçirilmiş görüşdə ABŞ-ın vitse-prezidenti Cozef Bayden və dövlət katibi Con Kerri də iştirak ediblər.
"Cənab Obama görüşdə bildirib ki, cəsur iordaniyalı pilotun alçaqcasına qətlə yetirilməsi dünya birliyinin İŞİD-i məhv etmək qətiyyətini daha da artıracaq", - Ağ Evin yaydığı açıqlamada deyilir.
Bir qədər sonra Barak Obamanın bəyanatı yayılıb: "Bu şərin öhdəsindən gəlmək üçün əlbir olmalıyıq. Bu gün koalisiyamız İŞİD-in qəddarlığının və cəlladlığının qurbanı olmuş hər kəsin qisasını almaq üçün vuruşur. Onların xatirəsi bizi və koalisiyadakı tərəfdaşlarımızı İŞİD-i, onun ideologiyasını məhv etməkdə daha da əzmli edir".
İordaniyanın XİN başçısı Naser Cuda və ABŞ-ın dövlət katibi Con Kerri Vaşinqtonda memorandum imzalayıblar. Sənədə görə, Birləşmiş Ştatlar İordaniyaya illik yardımlarının həcmini 600 milyon dollardan 1 milyard dollara qədər artırıb. Bundan başqa, ABŞ İordaniyanın borc təminatlarını da artırıb ki, nəticədə Əmman beynəlxalq təşkilatlardan daha asanlıqla borc ala biləcək.
Rəsmi Əmman bu səhər bəyan edib ki, teraktlarda suçlanmış 6 nəfəri pilot Moaza əl Qəsasbinin diri-diri yandırılmasına cavab olaraq edam edəcək.
BMT edamdan danışdı
BMT-nin Təhlükəsizlik Şurası İŞİD-in iordaniyalı pilot Moaza Yusuf əl Qəsasbini diri-diri yandırmasını qətiyyətlə pisləyib, "belə vəhşi və alçaq cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasını" tələb edib: "İordaniyalı pilotun qətlə yetirilməsi İŞİD-in qəddarlığını bir daha sübut etdi. Bu terror təşkilatı bütün dinlərdən, etnik qruplardan və millətlərdən olan insanlara qarşı minlərlə cinayətdə, humanizmin əsaslarını rədd etməkdə məsuliyyət daşıyır".
Edamı bir sıra ölkələr, habelə BMT-nin baş katibi Pan Gi Mun pisləyib.
İordaniya çalxalanır
İordaniyada diri-diri yandırılmış pilot Muəz Yusuf əl Qəsasbinin doğma şəhəri əl Kərakda, habelə paytaxt Əmmanda və digər şəhərlərdə on minlərlə insan küçələrə çıxaraq İŞİD-ə lənət oxuyub.
Sky News Arabia bildirir ki, iğtişaşlar və toqquşmalar olub.
Ey şəhərində qəzəbli kütlə polis idarəsini yandırıb. Əl Məzar şəhərində bir neçə dövlət binası yandırılıb.
Milli.Az

Vəhhabiliyin əsl, dəhşətli üzü: diri-diri yandırıldı, dünya çalxalandı - FOTO +18