RSXM-ın direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişliilə görüşən qonaqlar Monitorinq Mərkəzinin işi ilə də yaxından tanış olublar. Onlara zəlzələlər, onların qeydiyyatı, telemetrik stansiyaların işi və alınmış materialların emalı barədə məlumat verilib.
Görüşdə, həmçinin RSXM və Milli Aviasiya Akademiyası arasında əməkdaşlığın genişləndirilməsi məsələsi, birgə elmi tədqiqatların aparılmasının gələcək perspektivləri müzakirə olunub.