"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Həsənov 4 il, F.Məmmədov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il F.Məmmədov və A.Həsənov Bakıda dələduzluq etdikləri üçün saxlanılıblar. Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.