Nüfuzlu "Statista" portalı ölkələr üzrə pasportların reytinqini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Azərbaycan həmin siyahıda dünyanın 198 ölkəsi arasında 57-ci yerdə qərarlaşıb. Bu statistikaya əsasən, ölkəmizin vətəndaşları viza olmadan sadəcə pasportları ilə 61 ölkəyə səfər edə bilərlər. Bunlar arasında Afrika (27 ölkə) və Asiya ölkələri (23) üstünlük təşkil edir.

Azərbaycanla eyni yeri paylaşan ölkələr isə Mali, Tanzaniya, Nigeriya, Zambiya, Bəhreyn, Səudiyyə Ərəbistanı, Namibiya, Tunis və Filippindir.

Siyahıda birinci yerdə ABŞ və Böyük Britaniyadır. Bu ölkələrin vətəndaşları vizasız 147 ölkəyə səyahət edə bilərlər. İkinci yerdə qərarlaşan Almaniya, Cənubi Koreya və Fransa sərbəst şəkildə 145 ölkənin sərhədini keçə bilərlər.

İtaliya, İsveç, Sinqapur, Yaponiya, Danimarka, Finlandiya, Niderland, Lüksemburq, İsveçrə və Kanada öz vətəndaşlarına 140 ölkənin sərhədini açır.

"Statista"nın reytinq cədvəlində qonşu Türkiyə Rusiyanı qabaqlayıb; 29-cu yerdə olan Türkiyənin vətəndaşları vizasız 108 ölkəyə gedə bildikləri halda, 37-ci pillədə qərarlaşan Rusiya vətəndaşları 98 ölkəyə maneəsiz keçə bilirlər.

Afrikalıların Azərbaycan sevgisi
"Statista"nın açıqladığı reytinq siyahısından bəzi məlumatlar


Kifayət qədər mürəkkəb geosiyasi mövqedə yerləşən ölkəmiz üçün 57-ci yer bir o qədər də aşağı göstərici olmasa da, Azərbaycan daha yüksək pillədə ola bilər. Lakin buna mane olan amillər var və onlar daha çox iqtisadi və siyasi faktorlarla bağlıdır.

Bir ölkənin digər ölkələrlə iqtisadi əlaqələrinin inkişaf etdirilməsi həmin ölkələr arasında gediş-gəlişin asanlaşdırılmasına, məhdudiyyətlərin azaldılmasına imkan yaradır. Bu da öz növbəsində yekunda viza rejiminin ləğv edilməsinə gətirib çıxara bilər.

Afrikalıların Azərbaycan sevgisi

Bununla belə, xarici ölkələrə səfər etmək imkanlarının asanlaşdırılmasına siyasi amillər daha çox təsir edir. Xüsusilə Azərbaycanın Dağlıq Qarabağ probleminin olması həmin amillərdən biridir. Çünki bir sıra beynəlxalq təşkilatların, dövlətlərin bu məsələyə ikili standartlarla yanaşması Azərbaycanı bu sahədə daha ehtiyatlı olmağa vadar edir.

Siyasi sabitliyin qorunması məqsədilə ölkələr arasında gediş-gəlişin asanlaşmasına əngəl törədən səbəblər aradan qaldırılmalıdır. Xüsusilə son dövrlərdə ekstremist qrupların fəallaşması, din pərdəsi altında insanların aldadılaraq öz sıralarına cəlb edilməsi dövlətləri, xüsusilə müsəlman ölkələrini ehtiyatlı olmağa, öz vətəndaşlarını və siyasi sabitliyi qorumaq üçün müxtəlif tədbirlər görməyə sövq edir.

Məsələn, bu gün İŞİD terror qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı Türkiyə ərazisindən keçərək Suriyaya getmək və İŞİD-ə qoşulmaq istəyən 38 xarici ölkə vətəndaşı tutulub. Onların içərisində 14 azərbaycanlı da olub.

Afrikalıların Azərbaycan sevgisi
Afrikalıların Azərbaycan sevgisi
Afrikalıların Azərbaycan sevgisi
Türkiyədə İŞİD-ə qoşulmaq istəyən xarici ölkə vətəndaşları


Bütün bunlar bir daha göstərir ki, müasir dövrdə iqtisadi maraqlar naminə ölkənin, dövlətin və xalqın gələcəyini təhlükəyə atmaq olmaz.