Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə nizamlanması uzun illərdir münaqişədən əziyyət çəkən regiona sülh və tərəqqi gətirəcək.

Trend-in məlumatına görə, bu bərədə Armenpress-ə müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

O, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bilikdə ilin sonuna qədər ölkə prezidentlərinin görüşünün təşkili üçün çalışdığını qeyd edib: "Görüşdə prezidentlərin münaqişənin nizamlanmasının əsas elementlərini müzakirə edəcəyini gözləyirik".

C.Uorlik, həmçinin qarşıdakı görüşün dialoqun fəallaşmasına yeni stimul verəcəyinə ümid etdiyini bildirib.

Milli.Az