Məlumata əsasən, noyabrın 3-də saat 15 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndində Bakı şəhər sakini Zakir Musayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini 11 yaşlı Sənan Muradovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən uşaq noyabrın 8-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.