Oktyabr ayının nəticələrinə əsasən, İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi və futbolçusunun adları açıqlanıb.
"Arsenal"ın çalışdırıcısı Arsen Venger məşqçilər arasında qalib olub. Onun rəhbərliyi altında oktyabr ayında 4 oyun keçirən "topçular" bütün görüşlərdən qalib ayrılmaqla yanaşı, qapılarında cəmi 1 qol görmüşdülər.
"Lester"in hücumçusu Ceymi Vardi isə ayın ən yaxşı futbolçusu seçilib. Oktyabr ayında 4 oyunda meydana çıxan ingilis futbolçu 5 dəfə fərqlənməyə imkan tapıb. Ümumilikdə isə Vardinin aktivində 12 qol var.

