Hesabata əsasən, "istixana" qaz tullantılarının miqdarı 2013-cü ildə 0,000396 faiz, 2014-cü ildə 0,000 398 faiz səviyyəsində idisə, 2015-ci ildə bu rəqəm 0,000400-ü keçib.
Təşkilatın baş katibi Mişel Jarraud BMT-nin Cenevrə Ofisində keçirilən mətbuat konfransında iqlim dəyişikliyinə təsir göstərən karbon qazının atmosferdə davamlı şəkildə artdığını bildirib: "Görünməz təhlükə olan karbon qazı qlobal istiliyi artıraraq isti hava dalğalarına, sellərə, buzlaqların əriməsinə, dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur. Bu da bizi dəhşətli formada qeyri-adi dünyaya sürükləyir. Bu səbəbdən də dünya gələcək nəsillər üçün daha təhlükəli və yaşanmaz hala gəlir".
O, eyni zamanda, qlobal istiləşmə ilə mübarizə çərçivəsində dekabr ayında Parisdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Sammiti ərəfəsində dünya ölkələrinin başçılarına mövcud problemə qarşı indidən çıxış yolu tapmağı məsləhət görüb.