Bakı, 4 fevral, AzərTAc
“Bakı Fond Birjası” QSC ilə “KTİB” MMC arasında “Listinq Məsləhət Proqramı” çərçivəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.
Fonddan AzərTAc-a bildiriblər ki, Memorandumu BFB idarə heyətinin sədri Fariz Əzizov və “KTİB” MMC-nin direktoru Elmar Soltanov imzalayıblar. Memorandumun məqsədi şirkətin BFB-də listinqə daxil olması üçün təlim ehtiyaclarının və məsləhət xidmətlərinin ödənişsiz əsaslarla proqram tərəfindən təmin edilməsi istiqamətində əməkdaşlığa dair razılığa gəlməkdir.
Bu anlaşma eyni zamanda, “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası istiqamətində atılmış addımların tərkib hissəsi olan “Listinq Məsləhət Proqramı” çərçivəsində Proqram iştirakçılarının listinqə daxil olmalarına yardım edir.