NBA-nın müntəzəm çempionatında mübarizə davam edir.
Noyabrın 10-dan 11-nə keçən gecə NBA-da 7 görüş keçirilib. Gecənin mərkəzi oyununda "Oklahoma" səfərdə "Vaşinqton"u məğlub edib. Bir digər maraqla gözlənilən görüşdə isə "Klivlend" "Yuta"ya qalib gəlib.
Ümumi nəticələri təqdim edirik:
"Vaşinqton" - "Oklahoma" - 101:125
"Klivlend" - "Yuta" - 118:114
"Mayami" - "Leykers" - 101:88
"Toronto" - "Nyu-York" - 109:111
"Miluoki" - "Boston" - 83:99
"Minnesota" - "Şarlott" - 95:104
"Nyu-Orlean" - "Dallas" - 120:105