Bakı, 11 noyabr, AZƏRTAC
Yaxın müddətdə paytaxtın bütün dayanacaqlarındakı monitorlarda avtobusların çatma vaxtı və yenilənən bütün marşrut xətləri haqda informasiyalar öz əksini tapacaq.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, hazırda Ziya Bünyadov prospektində 12 dayanacaqdakı Avtobus İnformasiya Terminallarında avtobuslara quraşdırılmış yeni izləmə avadanlıqları ilə inteqrasiya prosesi test edilir.