Mənzurə Musayevanı bu axşam nə gözləyir?

Mənzurə Musayevanı bu axşam nə gözləyir?
17:34 11 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bu gün “Space” telekanalında aparıcı Xəyalə Quliyevanın təqdimatında yayımlanan “Gülə -gülə” verilişində maraqlı anlar yaşanacaq. Lent.az-ın məlumatına görə, hər həftənin 3-cü günü, saat 21:35-də yayımlanan proqram zamanı tanınmışlara məzəli suallar verilir. Proqramın budəfəki qonaqları müğənni Mənzurə Musayeva və aşıq Mübarizdir. Veriliş zamanı yerli məşhurlar hədəf olsa da sadə vətəndaşlarla da məzəli zarafatlar edilir. Bütün yaşananlar gizli kameralarla lentə alınır. 

 

Xatırladaq ki, verilişin ideya müəllifi və aparıcısı Xəyalə Quliyeva, rejissoru, layihə rəhbəri Ramiz Alışovdur. Verilişin təkrarı cümə günü saat 16:00-da yayımlanacaq.

 

Verilişin informasiya tərəfdaşı Lent.az-dır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR