Azərbaycan ilə Sloveniyanın aparıcı turizm şirkətləri arasında görüş keçirilib

Azərbaycan ilə Sloveniyanın aparıcı turizm şirkətləri arasında görüş keçirilib
18:13 11 Noyabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 11-də “JW Marriott Absheron Baku” mehmanxanasında Azərbaycan ilə Sloveniyanın aparıcı turizm şirkətləri arasında görüşü keçirilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ikitərəfli görüş çərçivəsində Sloveniya Respublikasının turizm potensialının təqdimatı olub. Görüşdə Sloveniya Turizm Agentliyi və “B2B Luxury & Mice Workshop” turizm təşkilatı iştirak edib.
Sloveniya Respublikasının geniş turizm imkanlarının təqdim olunduğu tədbirdə turizmin müxtəlif növləri, sağlamlıq turizm mərkəzləri, termal şəhərlər və s. haqqında məlumat verilib.
Həmçinin görüşdə yerli turizm şirkətləri ilə Sloveniya otelləri, sağlamlıq mərkəzləri, spa-kurortlarının təmsilçiləri və turizm şirkətlərinin nümayəndələri arasında təkbətək görüşlər təşkil edilib. İki ölkə arasında turist mübadiləsinin həyata keçirilməsi ilə bağlı cəlbedici təkliflər irəli sürülüb.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR