​Bakcell LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirir

​Bakcell LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirir
19:12 11 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti LTE rouminq xidməti üzrə tərəfdaşlarının siyahısını genişləndirməkdədir. "Report"un məlumatına görə, Bakcell Azərbaycana səfər edən qonaqlara 4G LTE rouminq xidmətlərini təklif edən ilk və yeganə ölkə mobil operatorudur. 
Eyni zamanda, şirkət ölkədə yeganə mobil operatordur ki, 4G LTE xidmətindən istifadə edən abunəçilərinə başqa ölkədə səfərdə olarkən yüksək sürətli genişzolaqlı mobil rabitə xidmətindən faydalanmaq imkanı yaradır.
2015-ci ilin mayında 4G xidmətinin istifadəyə verilməsindən qısa müddət sonra Bakcell dünyanın 14 ölkəsində LTE rouminq xidmətini təqdim etməyə başlayıb. Şirkətin ölkə xaricində rouminq xidmətlərini göstərən tərəfdaşlarının sayı son 6 ay ərzində iki dəfə artıb. İndi abunəçilər dünyanın 20 ölkəsində 27 rouminq tərəfdaşın dəstəyi ilə öz smartfon və planşetlərini 4G LTE şəbəkələrinə qoşmaqla roumunq xidmətindən dəyərlənə bilirlər.
Bakcell 4G rouminq xidmətinin aktiv olduğu ölkələrin və operatorların siyahısı aşağıda təqdim olunub:
Ölkə Operatorun adı 1 Belçika Belgacom Proximus 2 Çex Respublikası Vodafone 3 Fransa SFR 4 Almaniya Vodafone 5 Almaniya T-Mobile 6 Yunanıstan Vodafone Panafon 7 Honq Konq Hong Kong Telecommunications (HKT) (CSL) 8 İrlandiya Vodafone 9 İtaliya Vodafone 10 İtaliya TIM 11 Koreya KT Corporation 12 Lüksemburq Tango 13 Portuqaliya Vodafone 14 Rumıniya Vodafone 15 Rusiya MTS 16 Rusiya Megafon 17 Rusiya Vimpelcom (Beeline) 18 Cənubi Afrika Vodafone 19 Şri-Lanka Dialog Axiata PLC 20 Yeni Zelandiya Vodafone 21 İspaniya Vodafone 22 İspaniya Orange 23 Niderland Vodafone 24 Niderland KPN 25 Birləşmiş Krallıq Vodafone 26 ABŞ AT&T 27 ABŞ T-Mobile
4G rouminq xidməti vasitəsilə Azərbaycana səfər edən xarici qonaqlar Bakcell şəbəkəsini seçməklə LTE texnologiyasının təmin etdiyi yüksək keyfiyyətli və daha sərfəli qiymətli rouminq xidmətlərindən faydalanmaq imkanını əldə edirlər. Şirkətin ölkə daxilində LTE rouminq xidmətləri göstərən tərəfdaşlarının sayı artıq 32-yə çatıb. Bakcell şirkətinin LTE rouminq xidməti həm fərdi, həm də korporativ müştərilərə eyni şərtlərlə təqdim olunur.
“Şəbəkəmizin inkişaf etdirilməsi, o cümlədən 4G şəbəkəsinin genişləndirilməsi istiqamətində həyata keçirilmiş böyük investisiyalar çərçivəsində Bakcell şirkəti Azərbaycana gələn xarici qonaqlara və əlbəttə, xarici ölkələrə tez-tez səfər edən abunəçilərinə 4G LTE xidmətini təklif etməkdən məmnunluq duyur. Şəbəkəmizdə ən son texnologiyalardan və ən yaxşı mobil İnternet təcrübəsindən istifadə etmək istəyən, xüsusilə biznes fəaliyyəti ilə məşğul olan və xarici ölkələrə səfərləri zamanı istədiyi vaxt rabitə əlaqəsi qurmaq istəyən xeyli abunəçimiz var. Həmçinin, Azərbaycana gələn istifadəçilər 4G mobil rabitə operatoru kimi yalnız Bakcell şəbəkəsini seçirlər və 4G şəbəkəsindən asanlıqla istifadə edərək özlərini evlərindəki kimi hiss edirlər. Biz öz rouminq tərəfdaşlarımızın siyahısının genişləndirilməsi istiqamətində işləri davam etdiririk”, - deyə Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
Gündəlik olaraq 1000-ə yaxın qonaq məlumat axtarmaq, e-poçt vasitəsilə əlaqə saxlamaq və İnternetdən istifadə etmək üçün gündə orta hesabla 17MB sərf edərək Bakcell şəbəkəsinin təqdim etdiyi ən sürətli LTE xidmətindən faydalanır. Bakcell LTE şəbəkəsindən ən çox istifadə edən qonaqların aid olduğu ilk beşliyə daxil olan ölkələrin siyahısı:
Ölkə İstifadəçilər Rusiya 49.81% Almaniya 7.80% İtaliya 7.66% Birləşmiş Krallıq 7.42% Niderland 3.34%
Qeyd edək ki, Türkiyədə LTE xidmətləri təklif olunmadığına görə hazırda bu ölkədə LTE rouminq xidmətinin istifadəçiləri yoxdur.
Bakcell abunəçiləri üçün LTE rouminq xidmətinin qiyməti 2G və 3G şəbəkələrində rouminq xidmətinin qiymətləri ilə eynidir.
Ziyarət olunan ölkədə fəaliyyət göstərən operator şəbəkəsinin şərtlərindən asılı olaraq, Bakcell orta hesabla 30 Mb/san həcmində yükləmə və ötürmə sürəti ilə 4G LTE rouminq xidmətlərini təqdim edir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/bakcell-lte-rouminq-xidmeti-uzre-terefdaslarinin-siyahisi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR