Azərbaycanlı tələbələr misirli mütəxəssislərin yanında turizm sahəsində əyani təcrübə keçə bilərlər

Azərbaycanlı tələbələr misirli mütəxəssislərin yanında turizm sahəsində əyani təcrübə keçə bilərlər
19:57 11 Noyabr 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Misir Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi Azərbaycan Turizm və Menecment Universitetində Misir haqqında mühazirə oxuyub. Misir Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, tələbələrlə görüşdə Ə.S.Elyadi Misir tarixindən, Azərbaycanın müstəqilliyinin ilk tanıyan ölkələrdən biri olmasından, qədim tarixi köklərə malik olan Azərbaycan və Misir əlaqələrinin genişlənməsindən danışıb.
Ə.S.Elaydi Misirin ən qabaqcıl universitetlərindən olan Ayn-Şəms Universitetində Azərbaycan dilinin tədris olunması və hər il Azərbaycan dilini yüzdən çox tələbənin öyrəndiyi barədə məlumat verib. Misir Universitetləri ilə Azərbaycan Turizm və Mementcment Universiteti arasında gələcəkdə müqavilələrin bağlanması və tələbə mübadiləsi, eləcə də yay tətili müddətində tələbələrin mehmanxana işləri barədə əyani olaraq Misirdə bu sahədə mütəxəssislərin yanında təcrübə keçmələrinin mümkünlüyü təkliflər irəli sürülüb.
Sonda Mədəniyyət Mərkəzinin rəhbəri tələbələri maraqlandıran suallara cavab verib və bir sıra təkliflər müzakirə olunub. 

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/azerbaycanli-telebeler-eyane-sekilde-turizm-sahede-misirin-mutexessislerin-yaninda-tecrube-kece-bile

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR