Yəmənda Qətər ordusunun əsgəri həlak olub

Yəmənda Qətər ordusunun əsgəri həlak olub
21:02 11 Noyabr 2015
49 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 11noyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin tərkibində Yəməndə döyüşlərdə iştirak edən Qətər hərbi qüvvələrinin əsgəri qətlə yetirilib.
"Report"u "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, Qətər rəsmiləri həlak olan əsgərin Məhəmməd Həmid Suleyman olduğunu açıqlasalar da əsgərin hansı şəraitdə öldüyü haqda məlumat verilməyiblər.
BMT-nin yaydığı son məlumata əsasən mart ayından bu günə kimi Yəməndə 5 600 dinc sakin öldürülüb.
Husi üsyançıları ilə döyüşlərdə, həmçinin, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və digər koalisiya üzvlərinin onlarla əsgəri həlak olub.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/yemenda-qeter-ordusunun-esgeri-helak-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR