Pauerliftinq üzrə Azərbaycan yığması Portuqaliyada keçirilən yarışda iştirak edir
Paylaş
51 baxış·1 dəq oxu
Bakı. 12 noyabr. REPORT.AZ/ Portuqaliyanın Maia şəhərindən pauerliftinq üzrə beynəlxalq yarış keçirilir. Yarışda dünyanın müxtəlif ölkələrindən 600-ə yaxın idmançı iştirak edir. Azərbaycan yığma komandası bu yarışda baş məşqçi Şəmsi Bayramovun rəhbərliyi altında çıxış edir. Çempionat noyabrın 14-dək davam edəcək.