Maduronun nəvəsi 1 ton narkotiklə tutuldu

Maduronun nəvəsi 1 ton narkotiklə tutuldu
10:52 12 Noyabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

Venesuela prezidenti Nikolas Maduronun 2 yaxın qohumu Haitidə keçirilən əməliyyatla 1 tona yaxın narkotiklə saxlanılıb.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Efrain Antonio Kampos FloresFrancisko Flores de Freites adlı 2 nəfər ABŞ təhlükəsizlik qüvvələrinin nəzarətində keçirilən əməliyyat zamanı Haiti polisi tərəfindən saxlanılıb. Narkotik qaçaqmalçılığına görə saxlanılan 2 şübhəli ABŞ narkotiklə mübarizə idarəsinə təhvil verilib.

Saxlanılan şəxslərdən birinin Maduronun nəvəsi, digərinin isə prezidentin həyat yoldaşının yaxın qohumu olduğu bildirilir.

Əməliyyata rəhbərlik edən narkotik şöbənin əməkdaşı Maykl Viqil saxlanılan şəxslərin diplomatik pasportları olduğunu və toxunulmazlıq statusu ilə səyahət etdiklərini bildirib.

ABŞ rəsmiləri uzun müddətdir Venesuelanın yüksəkçinli məmurlarının beynəlxalq narkotik qaçaqmalçılığında əlləri olduğunu iddia edirdi.

İyun ayında ABŞ mətbuatında ABŞ federal prokurorluğunun Venesuela parlamentinin spikeri Diosdadu Kabello və digər rəhbər məmurlar barədə narkotik qaçaqamalçılığı və çirkli pul yumaq iddiaları ilə istintaq apardığı iddia olunmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/381827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR