2016-cı il üzrə sığortanın təbliği məqsədilə Marketinq Planı hazırlanır

2016-cı il üzrə sığortanın təbliği məqsədilə Marketinq Planı hazırlanır
10:58 12 Noyabr 2015
14 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) 2016-cı il üzrə sığortanın təbliği məqsədilə Marketinq Planı hazırlanır.
ASA-dan AZƏRTAC-a verilən məlumata görə, sığorta maarifləndirilməsi sahəsinə Marketinq Planı Azərbaycanda sığorta işinin təbliği, sığortanın faydalarının geniş əhali kütləsinə izahını, eləcə də müxtəlif sığorta növləri barədə məlumatlandırılmasını nəzərdə tutur. Planın hazırlanması ilə bağlı ASA-da keçirilən görüşdə 12 yerli sığorta şirkətinin marketinq direktorları maarifləndirmənin əhatə edəcəyi sahələri müzakirə ediblər.
Qeyd olunub ki, maarifləndirmə tədbirləri ilkin olaraq insanların ən çox qarşılaşdığı problemlər – məlumatsızlığın aradan qaldırılması, sığortaya inamın yüksəldilməsi və sığorta prosedurlarının sadələşdirilməsi prosedurlarını əhatə etməlidir. Bu tədbirlər geniş əhali kütləsinin sığortadan istifadəyə marağını artıracaq.
Sığorta maarifləndirilməsi üzrə Marketinq Planında ölkə əhalisinin bütün mümkün vasitələrlə - TV, radio, internet və çap materialları vasitəsilə sığorta barədə maksimum məlumatlandırılması hədəflənir.
Görüşdə qərara alınıb ki, sığorta şirkətləri Marketinq Planı ilə bağlı təkliflərini bir həftə ərzində ASA-ya təqdim etsinlər. Toplanmış təkliflər əsasında və ümumi müzakirədən sonra dekabrın sonlarında Marketinq Planının hazırlanması başa çatdırılacaq. Planın reallaşdırılmasına isə 2016-cı ilin əvvəlindən başlanması nəzərdə tutulub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2016_ci_il_uzre_sigortanin_tebligi_meqsedile_Marketinq_Plani_hazirlanir-901253

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR