Timsahın hücumundan sonra qadının qalıqları belə qalmayıb.
ANS PRESS-in BBC-yə istinadla verdiyi məlumata görə, o timsah 4 ay sonra geri qayıdıb. Təsadüfən bu zaman o Nabirenin ərinin qarşısına çıxıb.
Mübarək Batambuze kəndlilərin köməyi ilə nəhəng heyvanı yaxalayaraq həyat yoldaşı və doğulmamış körpəsinin qisasını alıb.
Kəndlilərin dəyənəklərlə ilk hücumu uğursuz olub. 50 yaşlı kişi 5 dollar müqabilində mizraqla timsahı öldürə bilib. Heyvanla kəndlilərin mübarizəsi 2 saata yaxın davam edib.
"O mənim arvadımı və övladımı yedi. Həmin gün bütüm dünyam yıxıldı".
Öldürülən və yarılan 4 metrlik timsahın mədəsindən ayaq sümüyü çıxıb.
Qeyd edək ki, timsahın çəkisi yarım tondan çox olub.





Mənbə
ANS PRESS