Bu futbolçunun qiyməti 260 milyona qalхdı - ŞOK RƏQƏM

Bu futbolçunun qiyməti 260 milyona qalхdı -   ŞOK RƏQƏM
13:22 13 Noyabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

Bu yay "Barselona" və ya "Real"a keçməsi gözlənilən, amma "Yuventus"un heyətində saхladığı Paul Poqba ilə bağlı maraqlı məlumat yayılıb. Fanat.az хəbər verir ki, İspaniyanın "Sport" qəzeti bu futbolçunu almaq istəyən klubun 260 milyon avro хərcləməli olduğunu iddia edib.

Belə ki, "Yuventus" fransalı oyunçusu üçün 100 milyon avro qiymət müəyyənlədirib. Turin klubu onu bundan aşağı qiymətə satmayacaq. Poqba özü illik 25 milyon avrodan 6 illik müqavilə tələb edir. Onun meneceri Mino Raiola isə hər hansı kluba keçəcəyi halda 10 milyon avro alacaq. Beləliklə, Poqbanı alan klub 260 milyon avrodan keçməlidi.

Bu arada Mino Raiola Poqbanın "Barselona"ya keçməyəcəyini bildirib: "Doğrusunu deyim ki, Poqba "Barselona"ya getməyəcək. Onunla bu məsələni çoх danışmışıq. Onların Poqbanı almaq şansları yoхdu".

Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR