AHİK-in sədri Türkiyədə “Əmək İyirmiliyi”nin iclasında iştirak edir

AHİK-in sədri Türkiyədə “Əmək İyirmiliyi”nin iclasında iştirak edir
17:58 13 Noyabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 13 noyabr, AZƏRTAC
Xəbər verildiyi kimi, noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində “Böyük İyirmiliy”in sammiti keçiriləcək.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sammit çərçivəsində “Əmək İyirmiliyi” (L20) adlı tədbirin iştirakçılarının noyabrın 13-də Antalyada görüşü başlayıb. Beynəlxalq Həmkarlar İttifaqları mərkəzlərinin nümayəndələrinin iştirak etdikləri tədbirdə “Böyük İyirmilik” ölkələrinin fəaliyyət planlarının və gələcək prioritetlərinin qiymətləndirilməsi, minimal əmək haqqı, təchizat zəncirində kooparativ gücün müəyyənləşdirilməsi, iqlim, ədalətlə keçid və sənaye transformasiyası, qeyri- bərabərlik və əmək haqqı bölgüsü, bütün dünyada keyfiyyətli iş yerləri və digər mövzularda müzakirələr aparılıb.
Türkiyə Həmkarlar İttifaqlarının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Rusiya Həmkarlar İttifaqlarının və bir sıra digər həmkarlar ittifaqları mərkəzlərinin nümayəndələrinin qatıldığı iclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Mehbalıyev də iştirak edir.
İclas işini noyabrın 14-də də davam etdirəcək.
Noyabrın 12-də tədbir iştirakçıları Türkiyənin Antep şəhərində məskunlaşan suriyalı qaçqınlarla görüşüblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR