Bakı, 14 noyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə törədilmiş terror aktları nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar Fransa Respublikasının xarici işlər və beynəlxalq inkişaf naziri Loran Fabiusa başsağlığı məktubu göndərib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubda nazir Elmar Məmmədyarov baş vermiş faciə ilə əlaqədar Fransa xarici işlər nazirinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa dilədiyini bildirib.
Elmar Məmmədyarov Azərbaycanın terrorizmi, onun bütün forma və təzahürlərini kəskin şəkildə pislədiyini qeyd edərək, ona qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini vurğulayıb.