Antalya, 14 noyabr, AZƏRTAC
Paris şəhərində törədilmiş amansız terror aktları nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar G20 qrupuna (Böyük İyirmilik) üzv və dəvət olunmuş ölkələrin dövlət başçılarının noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində keçiriləcək Zirvə toplantısında musiqi səsləndirilməyəcək.
Rəsmi məlumata görə, Zirvə toplantısı çərçivəsində keçiriləcək bütün proqramlarda, o cümlədən dövlət başçıları üçün nəzərdə tutulan ziyafətdə musiqili hissələr ləğv olunub.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya