Türkiyənin “Beşiktaş” klubunun sabiq rəsmisi, iş adamı İhsan Kalkavan avtomobil qəzasına düşüb.

Lent.az-ın “Sabah” qəzetinə istinadən məlumatına görə, İ.Kalkavanın idarə etdiyi avtomobil Türkiyənin Muğla vilayətinin Bodrum şəhərində Gündoğan – Türkbükü yolu ilə hərəkət edərkən, ağaca çırpılıb.


Hadisə nəticəsində xəsarət alan iş adamı yardım üçün telefonla Türkiyə Futbol Federasiyasının sabiq prezidenti Kamal Ulusu və digər dostlarına müraciət edib. Dostları onu yaxınlıqdakı Bodrum Alman Xəstəxanasına aparıblar. Xəstəxanada İ.Kalkavanın burnunun qırıldığı aşkarlanıb. Oradan isə iş adamı müalicəsini davam etdirmək üçün azərbaycanlı iş adamı, “Xəzər-Lənkəran” klubunun fəxri prezidenti Mübariz Mənsimovun şəxsi təyyarəsi ilə İstanbula göndərilib.

Elşən