Avtobuslar və metro ilə yanaşı, kontaktsız avtomagistralda gediş haqqını və ya icarəyə velosiped götürmək üçün ödəniş etmək mümkün olacaq.
Barselonanın maqnit lentli biletlərdən imtina edərək çipli biletlərə 2016-cı ildə keçməsi nəzərdə tutulur. İkinci mərhələdə Kataloniya ərazisinin bütün nəqliyyat sistemində kontaktsız ödənişlər şəbəkəsinin genişləndirilməsi planlaşdırılır.
“T-Mobilitat” kontaktsız ödənişlər xidməti iki variantda - smartfon üçün mobil əlavə və ya smart kart şəklində təqdim edilir. Hər iki həll şəhərin bütün nəqliyyatında ödənişi həyata keçirməyə imkan verir.
“Bizim çiplər ödəniş məlumatlarını o qədər tez və etibarlı ötürür ki, sərnişinlərin turniketi keçən zaman bileti pul kisəsindən və ya cibindən çıxarmasına ehtiyac qalmır”, - “Infineon” şirkətinin vitse-prezidenti Andreas Libheyt bildirib, - "Payspacemagazine” yazır.