Bakı,16 noyabr, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov noyabrın 24-də saat 10:00-da Tərtər şəhərindəki Gənclər mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda Tərtər, Bərdə, Zərdab, Ucar, Xocavənd və Laçın rayonları sakinlərinin şikayət və müraciətlərinə baxılacaq.
Qəbula gəlmək istəyənlərdən qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, ETSN-in “168-“Qaynar xətt”i, həmçinin Bərdə şəhəri 12 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsi (telefonlar: 050-565-43-55, 050-628-48-52, 020-20-5-44-82) ilə əlaqə saxlamaları xahiş olunur.