[ 05 Fevral 2015 07:37 ]


Bakı – APA. ABŞ-ın Merilend ştatının Frederik şəhərində naməlum silahlılar məktəblərin birinə daxil olaraq atəş açıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 2 yeniyetmə xəsarət alıb.

Məktəblilərin həyatına təhlükə olmadığı bildirilir. Yerli “Frederick News-Post” qəzetinin məlumatına görə, atəş 4 nəfər qaradərili şəxslər tərəfindən açılıb. Hücumun motivləri məlum deyil. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.